Çində 2 ildir öskürəyi keçməyən bir şəxsin şikayətinin xərçəngdən olduğu düşünülərkən, öskürəyinin əsl səbəbinin ciyərlərinə sıxılmış acı bibər parçası olduğu ortaya çıxıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Çinin şərqindəki Zhejiang əyalətində 54 yaşlı Xu davamlı öskürək üçün dərman istifadə edib.
O, bitki mənşəli müalicə yollarına əl atıb.
Tətbiq etdiyi üsullara baxmayaraq heç bir yaxşılaşma əlaməti göstərməyən Xu şikayəti davam etdiyi üçün xəstəxanaya getməyə qərar verib.
Müayinələr nəticəsində həkimlər Xunun sağ ağciyərində təqribən 1 santimetrlik kütlə müşahidə edib və bunun bədxassəli şiş ola biləcəyi ehtimalını nəzərdən keçiriblər.
2 il əvvəl yemək yeyərkən boğazına bir tikə bibərin ilişdiyini və şiddətlə öskürdüyünü xatırlayan şəxsin ağciyərindən bibər parçası götürülüb.