Xəlil Göyüşovun şirkəti hakim qarşısında…

Xəlil Göyüşovun şirkəti hakim qarşısında…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur iş adamı Xəlil Göyüşova məxsus “Körpü-Bina-Tikinti” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, “Körpü-Bina-Tikinti”nin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

MMC ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 10 yanvar tarixində hakim Hafiz Kamranovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, “Körpü-Bina-Tikinti” MMC 2001-ci ildə təsis edilib. MMC-nin nəzdində asfalt zavodu, balka sexi, beton zavod, çınqıl karxanası, beton boru zavodu, körpü istehsalat zavodu və beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir.
Sözügedən şirkətin rəhbəri Xəlil Göyüşov isə ölkənin ən varlı iş adamları arasında yer alır.
Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən