Xəbərdarlıq edilən icra başçısının rəhbərlik etdiyi rayonda səki zəbt edildi – FOTObackend

Xəbərdarlıq edilən icra başçısının rəhbərlik etdiyi rayonda səki zəbt edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda küçənin tamamilə səkisiz qalması sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, söhbət Milli Qəhrəman Salatın Əsgərovanın adını daşıyan küçədən gedir.

“Küçədə inşa olunan “pilot layihələr” insanların yolunu əlindən alıb. Xüsusən də, yaşlılar, uşaqlar və fiziki əngəli olan insanlar üçün bu küçə keçilməz olub. Səməd Vurğun küçəsi ilə kəsişməyə kimi yol daha da pisləşir” – deyə sakinlər qeyd edib.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək cəhdlərimiz baş tutmadı. Əlaqə yaratmağa çalışdığımız qurum rəsmiləri nə telefon zənglərimizə, nə də yazılı ünvanladığımız sorğuya cavab vermədilər.

Pravda.az xəbər verir ki, bu ilin iyulun 10-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirədə Yasamal RİH başçısına – Elşad Həsənova ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıq verilib.

Tribunainfo.az