XƏBƏRDARLIQ: Banklardan köhnə və çirkli dollar alanlar ziyana düşür — Ətraflı

XƏBƏRDARLIQ: Banklardan köhnə və çirkli dollar alanlar ziyana düşür — Ətraflı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmanət və ya mübadilə zamanı bəzi banklar köhnə və çirkli dollar verir. Sonradan həmin pullar geri qəbul olunmur, çox vaxt “biz verməmişik” deyilir. Mərkəzi Banka və ya digər banklara yönləndirirlər. Bu zaman isə məzənnə aşağı olduğundan vətəndaş zərərə düşür.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən İqtisad Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, bankların əksəriyyətində məzənnə 1.69, bəzilərində isə 1.6970-dir.

G. Hüseynovanın sözlərinə görə, Asan Xidmət mərkəzində yerləşən bankın bölməsində valyutanı dəyişmək istəyərkən, pulu götürməyiblər. Səbəb isə pulların çirkli olduğunu vurğulayıblar. Biz təzədən Ekpress bankın filialına getdik ki, pulu dəyişsinlər.

Ekspert qeyd edib ki, əslində banklar bunu çox yaxşı bilir, və bilərəkdən edir. Sadəcə öz başlarından edirlər və sabah da vətəndaş müraciət edəndə gəl sübut et ki, pulu buradan alıbsan. Həm zaman itkisi olur, həm də əsəblər korlanır.

“Əgər dollar çirklidirsə, yararsız haldadırsa, bu pulun bankda nə işi var?! Pul onların əllərində qalıb deyə, vətəndaşlara bu çirkli pulları digər pulların arasında verirlər. 4500 dolların 3000 dollarını bizə çirkli, yararsız halda vermişdilər. Burada əsas məsələ odur ki, bank bunu bilir, və həmin çirkli pulları Mərkəzi Banka təhvil vermir. Eyni zamanda da bu pulu başqa bir bank götürmür”.

Çıxış yoluna gəldikdə isə Günay Hüseynova vurğulayıb ki, bu məsələni ölkə daxilində həll etmək olar. Ancaq, artıq sentyabr ayının 2-dir. Vətəndaşlar təhsil üçün övladlarını xaricə göndərir. Xaricə göndərərkən də valideyn məcburdur ki, manatı xarici valyutaya, dollara çevirə. Xaricdə vətəndaş bəs bu problemlə qarşılaşanda nə etməlidir?! Təzədən nə qədər yolpulu verib gəlməlidir ki, isbat eləsin, bank da qəbul etməlidir ki, həqiqətən bu pulu verib. Ona görə də bu kimi məsələlərin qarşısını almaq lazımdır”.

“Eyni zamanda digər bankdan bizə bildirdilər ki, müəyyən komissiya tutulacaq, əgər Ziraat və Mərkəzi bankda pulu manata çevirsəniz. Vətəndaş bankın səhvi ucbatından niyə qapı-qapı gəzməlidir?!”.

Dəniz Pənahova