Müğənni Xatun Əliyeva şəxsi həyatından söz açıb.
Bu haqda sənətçi qonaq olduğu “Gün ortası” verilişində danışıb.
Xatun bildirib ki, sevdiyi şəxslə onun ortaq cəhətləri çoxdur:
“Həyat o qədər çətin və mürəkkəbdir. Nə xoş ki, biz tənha deyilik. Bu gün həyatımda olan insana təşəkkürümü bildirirəm. Bizi birləşdirən qayğılarımızdır. O da, mən də yaşamaq istəyirəm. Amma görürsən ki, yenə də köhnə tale… Onun və mənim taleyim… Onun yaşadıqları… Münasibətlərin bir-birinə oxşaması. Qısqanclıqlar… Bunu isə heç kim siğortalamayıb. Bir-birimizə baxanda deyirik ki, getdik o köhnə və cılız söhbətlərə. Və sonra yenidən başlamaq… Yenidən unutmaq, kinsiz yaşamaq. Xasiyyət də var axı…” (olay)