“Xarkovun həndəvərinə çatmağa 100 minlik ordu lazımdır” – “Ruslar köhnə strategiyaya qayıdacaqlar”

“Xarkovun həndəvərinə çatmağa 100 minlik ordu lazımdır” – “Ruslar köhnə strategiyaya qayıdacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar Xarkov platsdarmında planlarının iflasa uğradığını anlayanda cəbhədəki köhnə strategiyaya qayıdacaqlar.

Tribunainfo.az xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Pyotr Çernik deyib.

Ekspertin fikrincə, köhnə strategiyaya qayıdış Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaqdan ibarətdir: “İndi ən vacibi budur: düşmən nə hərbi-texnoloji, nə əməliyyat-strateji, nə də taktiki mənada bizi heç nə ilə təəccübləndirə bilməz. Təxminən 30 kilometr qət edib Xarkovun həndəvərinə çatmaq üçün ən azı 100 min işğalçı lazımdır. Bundan əlavə, başa düşmək lazımdır ki, kaset sursatları sayəsində biz düşmənimizin məhvini xeyli artırmışıq”.