Xarkovda yaşayış binasına zərbə endirilib – 4 ölü, 18 yaralı

Xarkovda yaşayış binasına zərbə endirilib – 4 ölü, 18 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkovda çoxmərtəbəli binaya RF Silahlı Qüvvələrinin zərbələri nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarət alıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri prokurorluğa istinadən məlumat yayıb.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sineqübovun məlumatına görə, beş nəfər itkin düşmüş hesab olunur.

“İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər”, – deyə o qeyd edib.