Xarkovun Rusiya ordusu tərəfindən bombalanması baş verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd olunub ki, hücumda azı 5 nəfər mülki şəxs həlak olub.
Daha 40 nəfər dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölənlər arasında 14 yaşlı qız da var.