Xarici şirkətlərin yalnız 6%-i Rusiyanı tərk edib – KSEbackend

Xarici şirkətlərin yalnız 6%-i Rusiyanı tərk edib – KSE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xarici kapitallı 177 şirkət Rusiya bazarını tamamilə tərk edib və son bir həftə ərzində onlara 17 müəssisə əlavə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə KSE İnstitutunun monitorinqində deyilir.
Yanvarın 23-nə olan məlumata görə, 177 xarici şirkət Rusiya bazarını tamamilə tərk edib – ümumi sayın 6%-i. Digər 1156 müəssisə (38%) sövdələşmələri məhdudlaşdırıb və bazarı tərk etmək ərəfəsindədirlər.
Bununla belə, xarici kapitallı şirkətlərin 16%-i (489 müəssisə) cari əməliyyatlarını azaldıb, yeni investisiyaları dayandırıb və gözləməyə davam edir. Daha 1203 (40%) xarici müəssisə Rusiyada heç bir məhdudiyyət olmadan fəaliyyət göstərir.
KSE analitikləri hesablayıblar ki, Rusiya Federasiyasını tamamilə tərk edən xarici şirkətlər 307,3 min nəfəri işlə təmin ediblər (Rusiyada təmsil olunan beynəlxalq şirkətlərin işçilərinin 22%-dən çoxu).
Onların illik gəliri 42 milyard dollar, şirkətlərin kapitalı 34,4 milyard dollar, aktivlərinin dəyəri isə 37 milyard dollar olub.
2021-ci ildə onlar 3,3 milyard dollar vergi ödəyiblər – ümumi vergilərin 13,4%-ni.