Xarici ölkələrin hərbi attaşeləri Bakıda toplandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 7-də xarici ölkələrin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri üçün illik yekun toplantı keçirilib. 

Dekabrın 7-də xarici ölkələrin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri üçün illik yekun toplantı keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a daxil olan məlumata görə, toplantıda 30 ölkədən 32 nümayəndə iştirak edib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov tədbir iştirakçılarına regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də Silahlı Qüvvələrimizdə aparılan islahatlar, inkişaf perspektivləri, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Sonra idarə rəisi hərbi attaşelərinin çoxsaylı suallarını cavablandırıb.

Bakı Hərbi Attaşelər Assosiasiyasının duayeni, Rumıniya Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi, polkovnik Rodin Lazariou belə tədbirlərin keçirilməsinə görə həmkarları adından Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, səmərəli əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.