Xarici məktəblərdə bu saç stili qadağan edilir… Bəs bizim məktəblərdə?

Xarici məktəblərdə bu saç stili qadağan edilir… Bəs bizim məktəblərdə?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmiyyət üçün təhlükəli simvol hesab edilən, daha çox cinayətkar dəstə, quldurların etdirdiyi “Edgar” saç kəsimi El Salvadorda, xüsusilə məktəblərdə rəsmi formada qadağan edilib. Artıq Türkiyədə də bəzi məktəblər bu saç stilini qadağan etməyə başlayıblar.

Tribunainfo.az xəbər verir ki, El Salvador Təhsil Nazirliyi məktəblərdə “Edgar” adlı saç modelini qadağan edib. Qaydaya görə, bu saç kəsimi ilə gələn şagirdlər məktəbə buraxılmayacaq, rəhbərlik isə saçların hər gün yoxlanacağını açıqlayıb. Qadağa ölkədə ciddi mübahisələrə səbəb olub, müəllimlər və hüquq müdafiəçiləri bunu “təhsil sisteminin militarizasiyası” kimi qiymətləndiriblər.

Türkiyədə də artıq yayılmaqda olan bu saç stili narahatlıq doğurmağa başlayıb. Artıq bəzi məktəblər eyni saç kəsiminə qarşı lokal qadağa tətbiqinə başlayıblar. Sosial şəbəkələrdə yayılan məlumatda, bu modeldə saçla gələn şagirdlərin siniflərə buraxılmayacağı bildirilib. Lakin qadağa ölkə üzrə rəsmi qərar kimi qüvvədə deyil.

Mütəxəssislər hesab edir ki, gənclərin saç stili ilə bağlı qoyulan məhdudiyyətlər onların azadlığının əlindən alınmasıdır. Ancaq mütəxəssislər həmçinin bildirib ki, özünü cinayətkar dəstə üzvlərinə, quldurlara bənzətmək istəyən, onların stilini özü üçün nümunə götürən gənclər həm də məktəb üçün təhlükə ola bilər. O səbəbdən gənclərin bu tip saç stilindən istifadəsinə icazə verilməmlidir.

Azərbaycanda isə hələlik bu saç stilinin yayıldığı görünmür.

Gülşən Rəsul