Xaricdən ən çox borc alan qurumların SİYAHISI

Xaricdən ən çox borc alan qurumların SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 5 milyard 129,7 milyon dollar olub.

Pravda.az Yeniavaz.com-a istinadən xəbər verir ki, xarici dövlət borcu ötən ilin əvvəli ilə müqayisədə 1 milyard 331,5 milyon dollar və ya 20,6% azalıb.

Məlumat üçün bildirək ki, xarici dövlət borcunun 41,7%-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən cəlb edilib.

Xaricdən borc alan əsas dövlət qurumlarının siyahısını təqdim edirik:

– Maliyyə Nazirliyi – 2 milyard 137,6 milyon dollar (41,7%);

– Avtomobil Yolları Dövlət Agentliyi – 979,8 milyon dollar (19,1%);

– Dövlət Su Ehtiyatları Agentliyi – 714,3 milyon dollar (13,9%);

– “Azərbaycan Dəmir Yolları” QSC – 708,6 milyon dollar (13,8%);

– NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi – 192,1 milyon dollar (3,7%);

– Kənd Təsərrüfatı Nazirliyi – 128,7 milyon dollar (2,5%);

– Digər dövlət qurumları – 268,6 milyon dollar (5,3%).