XARİCDƏ YAŞAYAN MEDİA RƏHBƏRİNDƏN ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norvecin paytaxtı Oslo şəhərindən Guney Azərbaycan Qurtulş Partiyasının media rəhbəri Yaşar Heydəri Azərbaycan Türkləri üçün səsləndi: 

Norvecin paytaxtı Oslo şəhərindən Guney Azərbaycan Qurtulş Partiyasının media rəhbəri Yaşar Heydəri Azərbaycan Türkləri üçün səsləndi:

“Tarixən Azərbaycan milləti siyasi qüdrətlər tərəfindən parçalanıb, 85 faiz  ərazisinin bu gündə işğal altında olması, millətimizi bir çox sahədə normal və standard yaşayışdan geri qoyaraq ağır vəziyyətə salmışdır.


 Azərbaycan Türkləri, Azərbaycanın Güneyində, Qarabağda, Doğu Türkmən Eli və Batı Türkmən ellərində öz kimlik və varlıqlarını qorumaq üçün ölüm-dirim savaşı verirlər, ancaq öz haqq səslərini yetərincə dünyaya çatdıra bilmədiklərı üçün ciddi çətinliklərlə qarşı-qarşıyadırlar.
Dəyərli Azərbaycanlılar! Azərbaycanın Guzeyi müstəqil olsa da 20 % torpaqları (Qarabağ) işğal altındadır. Güney hələ də əsarətdə saxlanılır.
Siz vətənsevər, millətsevər, haqq evər, insansevər, sadiq və təmiz Azərbaycanlıları birləşmə və mütəşəkil mübarizəyə çağırırıq. Əsir bir millət əsarətdən azad olmayana qədər heç bir insani, milli, iqtisadi, ictimai və beynəlmilə nailiyyət əldə edə bilməz. Öz insani haqqımıza çatmaq, milli birlik və milli inkişafımızin təkcə və təkcə yolu milli azadlığımızdadır. Torpağı işğal olunmuş, dili tapdalanmış, kimliyi talanmış millətin istiqlaldan başqa çıxış yolu yoxdur.
Başqa tərəfdən Güzey Azərbaycanın 20%-dən artıq torpaqları erməni təcavüzkarları tərəfindən işğal olunubdur. Millətimizin bir hissəsi ermənilərin əlində əsir saxlanılıb və böyük hissəsi də təkcə azadlıq arzusuyla və qurtuluş ümüdiylə yaşayırlar.
Bu gün Dünya Azərbaycanlılarının əsas hədəfi iki məsələdən ibarət olmalıdır: 1. Qarabağın azadlığı və Güneyin Azərbaycanın azadlığı. 

Bu hədəflərin hər ikisi də eyni əhəmiyyətdə aktuallıqdır. Yurdsevər, azadlıqsevər, insansevər, vətənsevər Azərbaycanlılar əlbəttə ki bu məsələlərə laqeyd qala bilməzlər.
Qarabağın işğaldan azad olunması, Azərbaycan ərazi bütövlüyünün qorunması və Güney Azərbaycanın istiqlalı arzusunda olan bütün insanları birlik üçün səsləyirəm.
Və bütün Azərbaycan Türkləri öz millətimizin azadlığı və birləşməsini lazımı bilməli və dünyanın digər xalaqları kimi, Azərbaycan Türklərini də azadlığı üçün biganə qalmamalıdır. Biz bu yolda Azərbaycan Türk gəncliyinin inam və iradəsinə güvənərək fəaliyyət edirik. Vətənimizi və xalqımızı bu ağır vəziyyətdən qurtarmaq üçün, hər bir Azərbaycan Türkü düşünməli və vətən yolunda əlindən nə gəlirsə etməlidir. Bu harda olmağından asılı olmayaraq, hər bir Azərbaycan Türkünün milli borcudur. Unutmayın və unutdurmayın!”