Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə Laçın yolu və Gorusdan Xankəndiyə 23 tona yaxın un daşınıb.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, paralel olaraq Rusiya və İsveçrə istehsalı olan tibbi məhsullar və gigiyena vasitələri Aknayi vasitəsilə Qarabağa daşınıb.
Qızıl Xaç Cəmiyyəti qeyd edib ki, Laçın və Ağdam yolları ilə yüklərin daşınması “israrlı diplomatik səylərin” nəticəsidir.
Beynəlxalq təşkilatın bəyanatında deyilir: “Son həftələr müxtəlif marşrutlar, o cümlədən Laçın və Ağdam yolları ilə yardım almaq üçün qərar qəbul edən şəxslərlə danışıqlar apardıq”.