Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi humanitar yüklərin hansı şəhərdən hərəkətə başladığı məlum olub. Tribunainfo.az-ın müşahidəsinə görə, yük maşının ön şüşəsində Tver şəhərinin adı yazılıb. Tver Moskvadan 150 km aralıda yerləşir. Qeyd edək ki, son 33 ildə ilk dəfə Ağdam -Xankəndi yolu işə düşüb. Bu, rəsmi Bakının növbəti diplomatik uğurudur. Ekspertlər istisna etmirlər ki, bir müddət sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yükləri də Ağdam-Xankəndi yolunda hərəkət edərək erməni sakinlərimizə çatdırılacaq.