Xankəndi şəhər polis şöbəsinin Dövlət Yol polisi bölməsinə yeni rəis təyin edilib.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Azər Ələkbərov tutduğu vəzifədən azad edilərək, Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.