Xankəndiyə aparılan humanitar yük belə boşaldıldı (VİDEO)

Xankəndiyə aparılan humanitar yük belə boşaldıldı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Sülhməramlı Kontingenti bir gün əvvəl Rusiya Qızıl Xaç Cəmiyyətinin maşınları ilə Xankəndiyə çatdırılan humanitar yükün boşaldılmasının videosunu yayıb.

Tribunainfo.az xəbər verir ki, ötən gün Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yardımı olan yük maşını Əsgəran vasitəsilə Xankəndiyə gəlib.

“1000 ədəd ərzaq bağlaması, o cümlədən dənli bitkilər, un, bişmiş ət və saxlama müddəti uzun olan digər məhsullar olmaqla, ümumilikdə 15 ton yük çatdırılıb. RSK-nın Qarabağdakı əməkdaşları indi çatdırılan malların paylanması prosesinə başlayırlar”, – xəbərdə deyilir.