Xankəndində tarixi gün: 30 il sonrakı ilk oyun başladı

Xankəndində tarixi gün: 30 il sonrakı ilk oyun başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Qaynarinfo xəbər verir günün ilk görüşü tarixi hadisənin yaşanması ilə əlamətdar olacaq. Çünki “Qarabağ” – MOİK görüşü Xankəndidə təşkil olunacaq.
Ağdam təmsilçisi ilə “hərbçilər”in dueli işğaldan azad edilmiş ərazilərdə 30 illik fasilədən sonra ilk futbol matçı olacaq. Axırıncı dəfə 1993-cü ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. “Qarabağ” – MOİK görüşünün qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq.
Azərbaycan Kuboku
1/8 final
21 dekabr
14.00 Qarabağ – MOİK 0:0

 

 

 

Qarabağ: Luka Quqeşaşvili, Mateus Silva, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Marko Yankoviç, Riçard Almeyda, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Juninyo.
Ehtiyat oyunçular: Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Abbas Hüseynov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade, Adama Diakabi.
Baş məşqçi: Qurban Qurbanov.
MOİK: Zeynal Əhmədzadə, Fərid Abbaslı, Nicat Əskərov, Nurlan Bayramov, İsa Zeynallı (k), Ramil Orucov, Xəyal Bədirov, Elvin Vəliyev, Elmir Rəhimzadə, Sabir Allahquliyev, Ülvi İbazadə.
Ehtiyat oyunçular: Ayxan Qocayev, Məhmməd Qurbanov, Nihad Ağayev, Həsrət Mürsəlov, Cavidan Abbaszadə, Samir İbrahimov, Raul Musayev, Murad Musayev, Elşən Veysov, Elçin Bayramov.
Baş məşqçi: Qəzənfər Abbasov.
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Xankəndi şəhər stadionu.