XANKƏNDİDƏN BİR QRUP ERMƏNİ BAKIYA GƏLƏCƏK – EKSPERTDƏN QAYNAR ŞƏRHbackend

XANKƏNDİDƏN BİR QRUP ERMƏNİ BAKIYA GƏLƏCƏK – EKSPERTDƏN QAYNAR ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Tribunainfo.az-ın məlumatına görə, mövzünü şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, nə qərar verəcəkləri maraqlıdır:

“Müharibədən sonra Qarabağın erməni icmasının nümayəndələriylə bir neçə dəfə görüş olub. İndi erməni icmasının nümayəndələri danışıqların davamı üçün Bakıya dəvət edilib. Nə qərar verəcəkləri maraqlıdır. İllər boyu deyirdilər ki, “rəsmi Bakı bizimlə birbaşa dialoq aparsın”. Bu da dialoq, daha bəhanələri qalmayıb. Erməni icmasının nümayənədələriylə Qarabağda – Laçının ətrafında və Xocalıda təmas olub, indi növbə paytaxt Bakınındır”.

E.Şahinoğlu bildirib ki, Qarabağın erməni icmasının nümayəndələriylə görüşün Bakıda təklif olunmasının bir başqa əhəmiyyəti də ondadır ki, təmas vasitəçisiz olmalıdır:

“Qarabağdakı təmasların tamamında Rusiya hərbi kontingentinin rəhbərliyi iştirak edib. Kreml bununla həm də tərəflərə mesaj verir ki, “mənsiz dil tapa bilməyəcəksiniz, hər zaman burada olmalıyam”. Qarabağ ermənilərinə sərf edən bu formul bizim maraqlara ziddir. Çünki iki ildən sonra Rusiya hərbi kontingentini Qarabağdan yola salmaq istəyirik. Ona görə də indidən Rusiya hərbi kontingentinin vasitəçiliyi olmadan ermənilərlə görüşməliyik”.