XANKƏNDİDƏ ƏRZAQ PAYLAMAQ ŞOUSU – SEPARATÇILARIN YENİ HİYLƏSİ

XANKƏNDİDƏ ƏRZAQ PAYLAMAQ ŞOUSU – SEPARATÇILARIN YENİ HİYLƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda Rusiyanın himayə etdiyi erməni separatçıları yeni hiyləyə əl atıblar. Tribunainfo.az bildirir ki, qondarma rejim bölgədə guya blokada və humanitar fəlakət yaşandığını sübut etmək üçün yardım paylamağa başlayıb. Saxta rejimin oyuncaq “Sosial İnkişaf və Miqrasiya Nazirliyi” “xeyriyyə təşkilatları” tərəfindən göndərilmiş humanitar yardımın paylanmasının növbəti mərhələsinə başlayıb.
Yardımlar Xankəndi məktəblərində yaradılan məntəqələrdə aparılır. Hazırda yardım işləyən pensiyaçılar və ya 63 yaşına çatmış, əlilliyi olan və ya subay olan sosial qrupdan olan pensiyaçılar arasında bölüşdürülür. “Biz hər bir vətəndaşa məişət əşyaları və ərzaq olan iki çanta veririk”, – deyə A.Soqomonyan əlavə edib. Halbuki, Qarabağda təhlükəsizlik səbəbindən “Laçın” postundan avtomobillərin keçidi dayandırılsa da, humanitar yüklərin daşınmasında problem yoxdur.