Xankəndidə separatçı strukturun özünü buraxması, Vardanyanın həbsi təkcə xuntanın sonu olmadı, həm də bölgədəki avantürüst ideyaların dəfn edilməsi ilə nəticələndi. Tribunainfo.az bildirir ki, Qarabağda yaradılan saxta rus icması da bununla öz işinə getdi. FTX-nin agenti Aleksandr Bordovun rəhbəri olduğu qondarma icma marionet rejimin aqibətini yaşamalı oldu. Rusiyanın siyasi dairələri bu planı irəli sürməklə regionda Donbas ssenarisi hazırlayırdı. Guya Qarabağda kompakt şəkildə rus əhalisi yaşayır. Erməniəsilli Bordov isə populist çıxışlar edərək Bakıya tabe olmayacaqlarını demişdi. Bu da həmin avantürüst layihənin sonu…Eləcə də rus mərkəzi açılmışdı, o da iflas etmiş oldu.