XANKƏNDİ YENƏ MİTİNQƏ HAZIRLAŞIR – SEPARATÇILARDAN ANONS!

XANKƏNDİ YENƏ MİTİNQƏ HAZIRLAŞIR – SEPARATÇILARDAN ANONS!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi separatçıları növbəti mitinqə hazırlaşır. Tribunainfo.az bildirir ki, oyuncaq rejimin “dövlət naziri” Qurgen Nersisyan iyulun 25-də Xankəndidə və İrəvanda mitinqlər keçiriləcəyini açıqlayıb. O, sosial media hesabında çağırış edərək meydana toplaşmağa dəvət edib. Qondarma qurum rəhbərliyi yenə cəfəng iddialar səsləndirərək Azərbaycanı Qarabağ erməniləri üçün blokada yaratmaqda ittiham edib. Guya bölgədə humanitar fəlakət yaşanır və buna etiraz edəcəklər. Qeyd edək ki, Prezident İlham Əliyev Şuşada keçirilən Qlobal Media Forumunda separatçı rejimin gülünc vəziyyətə düşdüyünü bildirib. O, ermənilərin inteqrasiyadan başqa yolu olmadığını vurğulayıb.