XANKƏNDİ – XƏLİFƏLI YOLUNDA ERMƏNİ KOLONUNU VURMALIYIQ – EKSPERT

XANKƏNDİ – XƏLİFƏLI YOLUNDA ERMƏNİ KOLONUNU VURMALIYIQ – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyi həftə sonu bir bir daha Rusiyanın Qarabağa yerləşən ordusuna xəbərdar etdi ki, erməni terrorçular Füzuli – Bakı sərnişin təyyarəsini təhdid edir. Söhbət GPS sisteminə müdaxilə və uçuşlara əngəldən gedir. Tribunainfo.az siyasi şərhçi Ramiyə Məmmədova ilə mövzunu təhlil edib və onun sözlərinə görə, iki addım atmaq üçün legitim haqqımız var.

Ekspert hesab edir ki, əvvəlcə Xankəndi aeroportundan helikopterlərin uçuşu ilə bağlı xəbərdar xarakterli mövqeyimiz olmalıdır: “Ancaq onları vurmaq yanlış olar, Rusiya ilə böyük böhrana girərik, sadəcə, xəbərdarlıq etməliyik. İkincisi, Xankəndi – Xəlifəli yolu ilə hərəkət edən erməni kolonlarını vura bilərik. Ruslar onları müşayiət edir, bu da hiylədir. Lakin biz koordinatoru düzgün seçərək erməni hərbi texnikasının birini məhv etsək, onlar həmin yoldan istifadə etməyə qorxacaqlar. Təbii ki, bölgədə gərginlik bizə lazım deyil. Amma üç ildir ki, rus-erməni birləşməsi ümumi işimizə mane olur”.
Politoloq təklif edir ki, Rusiya və Azərbaycan müdafiə nazirləri görüşsünlər. O, Qarabağdakı rus ordusunun generalı Lentsovla da danışıqlara çağırır: “Biz onlarla söhbət etməliyik. Erməni separatizmi rusların gücü ilə qidalanır. Araik kimdir ki, orada hələ də qalsın ? Biz Rusiyanın siyasətində riyakarlığı özlərinə deməliyik. Faktiki ərazilərimizdə oyun çıxarırlar”.