Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. 
Tribunainfo.az-ın məlumatına görə, avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir.
İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.
Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq.
Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə – 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.