XANKƏNDİ SEÇİM QARŞISINDA: YA 40 TON UN, YA 40 MİNLİK QOŞUN…

XANKƏNDİ SEÇİM QARŞISINDA: YA 40 TON UN, YA 40 MİNLİK QOŞUN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səkkiz gündür ki, Ağdam – Xankəndi yolunda un dolu iki yük maşını gözləməkdədir. Bu yardım “ac” ermənilərə çatmalıdır. Amma nə ruslar yükləri buraxır, nə ermənilər qəbul edir. Hazırda danışıqlar aparılır, nəticə sıfırdır. Separatçı qurum Əsgəran yoluna maneələr qoyub. Tribunainfo.az bildirir ki, prosesin gedişi erməniləri hesablaşmağa məcbur edəcək. Çünki Laçın yolundan yüklər buraxılmır və zaman keçdikcə onlar Ağdam istiqamətindən yardımları qəbul etməli olacaqlar. Əks təqdirdə isə xüsusi təyinatlılar Xankəndiyə daxil olacaq. Ekspertlərin fikrincə, Qarabağ erməniləri günbəgün şanslarını azaldırlar. Əgər indi çörək göndərilirsə, gələn dəfə belə olmayacaq, qoşunlarımız yerdə qalan ərazilərə daxil olacaq. Analitiklərin sözlərinə görə, separatçı rejimin yeni rəhbəri və dialoq tərəfdarı Samvel Babayan Bakı ilə danışmağa hazırlaşır. Onlar bu gedişlə daha da ağır vəziyyətə düşəcəklər və bunu anlayırlar. Odur ki, ya un, ya xüsusi təyinatlılar…