Ermənistan hökuməti bu ilin mayında Qarabağdan könüllü köçmüş ermənilərin mənzil təminatı haqqında yeni proqram qəbul edib. Tribunainfo.az xəbər verir ki, həmin proqrama əsasən Xankəndidən köçən ermənilər üçün bir sıra məhdudiyyətlər nəzərdə tutulub.
Buraya özbaşına tikili və ya istədikləri yerdən mənzil almaqla yanaşı, həm də onların kirayə mənzil tutmaları barəd qaydalar tətbiq edilib. Birinci şərt budur ki, həmin ermənilər mənzil və ya ev sahibi olmaq istəyirlərsə, mütləq Ermənistan vətəndaşlığını qəbul etməlidirlər. İkincisi isə Xankəndidən köçənlər istədikləri yerdə ev tikə bilməzlər, yalnız yerli qurumların ayırdığı ərazilərdə bu niyyətlərini reallaşdıra bilərlər.
Tribunainfo.az bildirir ki, artıq bir neçə gündür Ermənistan hökuməti məlum proqrama Xankəndidən köçən ermənilərin kirayə mənzil tutub, tutmayacağı barədə qaydalara da baxmağa başlayıblar. İrəvan rəsmilərinin yanaşmasına görə, sözüegedən şəxslərə Ermənistan ərazisində kirayə ev tutmalarında məhdudiyyət qoyula bilər. Hələlik bunun konkret səbəbləri məlum deyil. Güman edilir ki, Paşinyan hökuməti Qarabağdan könüllü köçmüş ermənilərin mərkəz şəhərlərdə yerləşməsində maraqlı deyil, onların əyalətlərdə qalmalarını istəyir. Çünki İrəvan və digər iri şəhərlərdə məskunlaşmış ermənilər artıq keşiş Baqratın yaratdığı hərəkatda önəmli yerləri tutmağa başlayıblar. Bu isə Ermənistan hakimiyyəti üçün arzuolunmazdır.