Xankəndi erməniləri silahlanmağa başladı – Ermənistanda vətəndaş müharibəsi təhdidi…

Xankəndi erməniləri silahlanmağa başladı – Ermənistanda vətəndaş müharibəsi təhdidi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ erməniləri yürüşə silahla qoşulublar. Tribunainfo.az bildirir ki, siyasi ekspertlər gedişatı təhlükəli adlandırır. Təhlilçilər Ermənistanda vətəndaş müharibəsi riskini görməkdədir. Analitiklərə görə əli silahlı təxribatçıların sıraları genişlənərsə və etirazçılara hərbçilər də qoşularsa, Paşinyan hakimiyyəti laxlaya bilər.
Hazırda iqtidarın hadisələri kontrol edə bildiyini deyən politoloqların zənnincə, əgər silahlı müqavimət olsa, Paşinyan qəddar üsullarla etirazları boğacaq. Hələ ki yumşaq və təmkinli davranan erməni iqtidarı xüsusi təyinatlı qüvvələrdən istifadə edə bilər. Ekspertlərin sözlərinə görə, aksiyalarda bir neçə güc mərkəzi birləşib – kilsə, diaspora, keçmiş “Qarabağ klanı” və Qarabağ separatçıları. Paşinyan onları tarixin zibilliyinə göndərmək üçün bütün addımlara gedəcək. Çünki xalq içində nifrət yaradıblar.

Roman