Xankəndidə mənzillənmiş cinayətkar rejimin “Milli Assambleyasının” sədri Artur Tovmasyan “parlament”in növbəti iclası zamanı bəyanatla çıxış edib. Tribunainfo.az bildirir ki, o, qondarma qurumun başçısına üz tutub. “Keçən mitinqdə mən də demişdim ki, dəvət aldığım bütün mitinqlərdə iştirak etmişəm. Cənab Prezident, mən heç vaxt sizin işinizə qarışmamışam, siz də heç vaxt Milli Məclisin işlərinə qarışmısınız. Mən belə bir model təklif etdim: amorf orqan yox, 90-cı illərdə bizi xilas edən orqanı, yəni Dövlət Müdafiə Komitəsini təklif etdim. Mən ölkə prezidentinə təklif etdim ki, bu tərkibə iki nəfər daxil edilsin: Ruben Vardanyan və Samvel Babayan. Onların fikrini bilmirəm, imtina edəcəkləri çox mümkündür.
Cənab prezident, əgər bu model işləmirsə, mən ilk dəfədir ki, kimisə incidə bilərəm. Cənab prezident istefa edin, yoxsa etimad səsi verin. Əgər xalq sənə inanmasa, gedəcəksən. Lakin bu o demək deyil ki, siz istefa verəcəyiniz halda Artur Tovmasyan ölkə prezidenti kimi fəaliyyət göstərəcək. Əgər xalq sənə inanmasa, mən də gedəcəm”.