Xankəndi, Ağdərə və Xocalıda ilk dəfə buraxılış imtahanları keçirilib

Xankəndi, Ağdərə və Xocalıda ilk dəfə buraxılış imtahanları keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Tribunainfo.az-ın xəbərinə görə, buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Ağdərə rayon Talış kənd, Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib.

Xankəndi, Ağdərə və Xocalıda 26 şagird buraxılış imtahanında iştirak edib

Xankəndi, Ağdərə və Xocalıda keçirilən imtahanlarda ümumilikdə 26 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

DİM imtahan prosesini operativ qərargah vasitəsilə izləyib

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişi nəzarətdə saxlanır. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.