Xalq şairi Nəriman Həsənzadənin nisgil dolu şeirləri diqqəti daha çox cəlb edir.
N.Həsənzadə Moderator.az-a açıqlamasında bildirib ki, ömrü boyu ona şeir yazmadığından gileylənən həyat yoldaşına, tale elə gətirib ki, ölümündən sonra şeir yazıb:
“Çox qəribə taleyim var, oğlum. Şeirlərimdən elələri var ki, dostlarım analarının məzar daşlarına yazdırıblar. Həyat belədir, həmişə adamı güldürmür. Əvvəl bu mövzuda şeirlər yazmamışdım. Həyat yoldaşım şikayətlənirdi ki, o, qıza, bu qıza şeir yazırsan, amma mənə yox. Tale elə gətirdi ki, anam, bacım və həyat yoldaşım da erkən dünyalarını dəyişdilər. Bundan sonra həyat yoldaşıma şeirlər yazmağa başladım. O şeirlərə görə mənə başsağlığı vermək əvəzinə, hamı təbrik edirdi”.