Cənubi Koreyada parlamentdə keçirilən impiçment səsverməsində prezident Pak Kın Xen məğlubiyyət olub.
Cənubi Koreyada parlamentdə keçirilən impiçment səsverməsində prezident Pak Kın Xen məğlubiyyət olub.
TİA.AZ “Ria Novosti” yə istinadən xəbər verir ki, impiçment parlamentdə keçirilən gizli səsvermədən sonra elan edilib. 234 deputat qərarın lehinə, 56 deputat isə əleyhinə səs verib.
Qərara əsasən xanım prezident səlahiyyətlərinin icrasından kənarlaşdırılacaq. Onun səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirəcək. Prezidentlə bağlı son qərarı 9 hakimdən ibarət Konstitusiya Məhkəməsi qərar verəcək.
Qeyd edək ki, Pak Kın Xen korrupsiya ittihamları ilə üzləşib. Onun rəfiqəsi olan Xoi Sun-silin xanım prezidentlə yaxınlığından istifadə edərək nüfuz və pul əldə etdiyi bildirilir.