Topaz Premyer Liqasının debütantı olan “Səbail” klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.
Topaz Premyer Liqasının debütantı olan “Səbail” klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.
Qol.az-ın xəbərinə görə, bu vəzifəyə uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis işləyən Törə Əhmədova təyinat alıb.
T.Əhmədova “Səbail”də həmin vəzifədə AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla kubda Müşahidə Şurasına yeni üzv seçilib.
T.Əhmədova futbol tariximizə düşüb. O, Azərbaycanda futbol klubunda ilk xanım mətbuat katibi olub.