backend

Xanım deputatlar saçyolduya çıxdılar – FOTO+VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisində (TBMM) konstitusiya dəyişikliklərin səsverməsi zamanı xanım deputatlar arasında dava düşüb. 

Türkiyə Böyük Millət Məclisində (TBMM) konstitusiya dəyişikliklərin səsverməsi zamanı xanım deputatlar arasında dava düşüb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, davaya Ankaradan bitərəf deputat seçilən Aylin Nazlıakanın özünü tribunaya qandallaması səbəb olub.

Millət vəkillərinin çağrışlarına baxmayaraq, xanım deputat kürsüdən enməyib. Vəziyyətin gərginləşdiyini görən vitse-spiker Bahçekapılı əvvəlcə iclasa 10 dəqiqə, daha sonra isə 45 dəqiqə ara verib. Amma Nazliaka konstitusiya dəyişikliyinə etirazını davam etdirib.  

Həmçinin deputata HDP və CHP-lə millət vəkillərdən də dəstək gəlib. AKP-lı vəkillər isə Nazliakanı kürsüdən enməyə çağırıb. Kürsüdən enmədiyi üçün qadınlar onun ətrafına toplaşıb.Deputatlar Aylin Nazliakanı kürsüdən etdirmək istəyəndə, o qışqırmağa başlayıb. Buna baxmayaraq xanım millət vəkilləri onu kürsüdən endirməyə cəhd göstəriblər. 

Uzun müddət davam edən mübahisə sonda dava ilə nəticələnib. Millət vəkilləri bir-birlərinin saçını yolublar. Qadın deputatlar əvvəlcə miqrafonu kürsüdən ayırıb. Daha sonra isə Nazliakanı mikrafonla birlikdə kürsüdən uzaqlaşdırıblar. Dava zamanı iki xanım deputat xəsarət alıb.