XANDANYAN: ZƏNGƏZUR DƏHLİZİ ERMƏNİSTAN ÜÇÜN BAĞLIDIR

XANDANYAN: ZƏNGƏZUR DƏHLİZİ ERMƏNİSTAN ÜÇÜN BAĞLIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin və Paşinyan arasında görüş iyunun 9-da Soçidə Aİİ Hökumətlərarası Şurasının iclası çərçivəsində keçirilib.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Sarkis Xandanyan bildirib ki, Ermənistan və Rusiya liderləri Nikol Paşinyan və Vladimir Putinin Soçidə keçirilən görüşündə üçtərəfli bəyanatın icrası mahiyyətcə müzakirə olunub.

“Rusiyanın iştirakı ilə aparılan danışıqlarda bunu daim dilə gətirməyimiz vacib idi – yəni Rusiya Federasiyasının vasitəçiliyi ilə imzalanmış sənədlərdə, xüsusən də 9 noyabr 2020-ci il tarixli bəyanatda əksini tapan tələblərin yerinə yetirilməsi”, – o, bu barədə parlamentdə jurnalistlərə Paşinyan və Putin arasında danışıqların mövzusu ilə bağlı sualı cavablandırıb.

O qeyd edib ki, Ermənistan bütün danışıqlar platformalarında eyni mövqeni nümayiş etdirir.

Xandanyan onu da əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Soçidə açıq şəkildə mübahisə etdiyi Zəngəzur dəhlizi mövzusu İrəvan üçün bağlıdır.

“Bu, vasitəçilər üçün də aydındır, başa düşüləndir və məqbuldur. Azərbaycanın əvvəllər bəyan etdiyi kimi, Ermənistan ərazisindən keçən suveren dəhlizdən söhbət gedə bilməz. Bu, Ermənistan üçün qəbuledilməzdir və biz bu məsələ ilə bağlı danışıqlar aparmayacağıq”, – o bildirib.