Sarkis Xandanyan bəyan edib ki, beynəlxalq tərəfdaşlar konkret məqsədyönlü hərəkətlərin vaxtının yetişdiyini başa düşürlər.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib ki, Qarabağ ermənilərinin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün Xankəndi Bakı ilə danışıqlar aparmalıdır.
O, bunu parlamentdə keçirdiyi brifinqdə İrəvanın Qarabağdakı mitinqlərə və orada kəskinləşən humanitar böhrana necə reaksiya verməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Xatırladaq ki, nazir Qurgen Nersisyan qeyri-müəyyən ümummilli hərəkatın başladığını elan edib. O qeyd edib ki, Qarabağ erməniləri fiziki məhv olmaq təhlükəsi ilə üz-üzədir.