Xamineyinin müşavirindən təhdid: “Özünüzə qarşı çevriləcək”

Xamineyinin müşavirindən təhdid: “Özünüzə qarşı çevriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın dini lideri Əli Xamineyinin müşaviri, keçmiş XİN başçısı Əli Əkbər Vilayəti bölgə dövlətlərini dolayısı ilə təhdid edib. Tribunainfo.az xəbər verir ki, o, bölgə ölkələrini diqqətli olmağa çağırıb.
Vilayəti deyib ki, hər hansı addım atılarsa (söhbət İrana qarşı addımlardan gedir), bu həmin ölkələrin özünə qarşı çevriləcək. O dolayısı ilə dilə gətirib ki, İran dinc oturmayacaq və onun marağında olan ölkələrə müdaxilə və ya hadisələr zamanı dəstək verilərsə, işə qarışacaq. “Bölgə dostlarına xəbərdarlıq edilib ki, hər cür təhrikedici yardım tezliklə özlərinə qarşı çevriləcək. Münaqişələrin qızışdırılması çox təhlükəlidir. Özlərinə və xaricilərə güvənmək əvəzinə müsəlmanların yanında olmalıdırlar”.