Xamineyinin müşaviri Pezeşkianı tənqid edib: “Bizi aldatdı”

Xamineyinin müşaviri Pezeşkianı tənqid edib: “Bizi aldatdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın dini lideri Əli Xamineyinin müşaviri Hüseyn Şəriətmədari prezident Məsud Pezeşkian və onun komandasını kəskin tənqid edib.

Tribunainfo.az xəbər verir ki, o, rəhbəri olduğu “Keyhan” qəzetində hicab məsələsi ilə bağlı geniş yazı dərc edib.

Şəriətmədari yazıb ki, hicab haqqında qanunun icrasının təxirə alınması hökumətin “hiyləsi” olub. “Hökumətin məqsədi “hicabsızlığı yaymaq” idi. Bu gün proses qarşısıalınmaza çevrilib. Hökumət bizim hamımızı aldatdı”.

Fərda Uğur