Xamineyi axtarışa verildi: terrorda ittiham olunur

Xamineyi axtarışa verildi: terrorda ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada AMİA partlayışı kimi tanınan Yəhudilərə Yardım Mərkəzinin partladılması işi üzrə prokuror işin hakimindən İranın dini lideri Əli Xameneyi barədə beynəlxalq həbs qərarı verilməsini istəyib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Argentinanın “Clarin” qəzeti məlumat yayıb.

Bildirilir ki, prokuror Sebastian Basso hakim Daniel Rafkasdan Xamneyi barədə İnterpolun həbsinə order verilməsini istəyib. Prokurorun sözlərinə görə, Xameneyi 1994-cü ilin iyulunda Buenos-Ayresdə partlayışın əmrinə görə məsuliyyət daşıyır. “Həmin terror aktını həyata keçirmək üçün 39 saylı İcra fətvası verib”.

Dünən Argentinanın İrandakı xüsusi nümayəndəsi XİN-ə çağırılıb və xəbərdarlıq edilib.

Fərda Uğur