Xamenei teraktı niyə “mənasız fişəng” adlandırdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İranın hakimiyyət nümayəndələri iranlılar üçün iki mühüm yerdə – Tehranda parlament binasında və Xomeyninin məqbərəsində baş verən terror hadisəsinin miqyasını azaltmağa çalışırlar.

TİA.AZ xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Əli Xameneinin İran parlamentinə silahlı basqını əhəmiyyətsiz fişəng atəşinə bənzətməsini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

O, oxşar dəyərləndirməni İran parlamentinin sədri Əli Larincanin də dilə gətirməsinə diqqət çəkib:

“Halbuki terrorçular parlament binasında həmin Larincaninin bir addımlığına qədər gəlib çatmışdılar. İran Prezidenti Həsən Ruhanidən hələ ki, səs yoxdur. Mühafizəkarlar danışır, liberallar susur. Bu o deməkdir ki, İranda müfaziəkarların əlinə sözdə liberalları sıxışdırmaları üçün yaxşı fürsət düşüb. Baxmayaraq ki, İranın dini lideri və parlamentin sədri baş verənlərin miqyasını azaltmağa çalışırlar (halbuki İranda İslam İnqilabından bu yana paytaxtda bu miqyasda terror hadisəsi baş verməmişdi, uzun illər İranda terror halları Tehrandan uzaq məsafələrdə olurdu), lazımı təhlükəsizlik tədbirlərinin görülməməsinə görə prezidenti və onun kabinetini günahkar çıxara bilərlər. Ancaq prezidentin də bu ittihamlara görə mühafizəkarlara qeyri rəsmi cavabı var: “Güc strukturlarına daha çox siz nəzarət edirsiniz, ona görə cavabdehi başqa yerdə axtarın”.

Qeyd edək ki, bu gün verilən son məlumata görə, İranda dünənki teraktlarda 16 nəfər ölüb, 52 nəfər yaralanıb.

İLAHƏ