İranın ali dini lideri Ayətullah Əli Xamenei İslami müqavimət qüvvələrinin İsrailə qarşı hücumlarının daha da genişlənəcəyi barədə xəbərdarlıq edib.
Tribunainfo.az xəbər verir ki, o bu barədə X-də ivrit dilində müvafiq yazı dərc edib.
“Müqavimət cəbhəsinin sionist rejimin çürümüş bədəninə (İsraili nəzərdə tutur – red.) zərbələri daha da sarsıdıcı olacaq”, – Xamenei yazıb.
İranın İsrailə hücumunu İran lideri Qurandan bir sitatla şərh edib: “Allahın köməyi ilə və qələbə yaxındır