ABŞ-la danışıqların İranın problemlərinin həllinə heç bir təsiri yoxdur.
Tribunainfo.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələrinin komandanları ilə görüşündə deyib.
“Elə zənn etməyin ki, o hökumətlə danışıqlar masasına otursaq, hansısa problem həll olunacaq. Xeyr, heç bir problem Amerika ilə danışıqlarla həll olunmayacaq. Niyə? Biz ABŞ və digərləri ilə 2 il danışıqlar apardıq. Razılaşma əldə olundu, lakin ABŞ-nin hazırkı prezidenti buna əməl etmədi və onu parçaladı”, – İranın Ali Rəhbəri vurğulayıb.
Xamenei ABŞ tərəfindən təhdidlərin olacağı təqdirdə, onların cavabsız qalmayacağını bəyan edib.