Xamenei ətrafında müəmma: “Ağır vəziyyətdədir…”backend

Xamenei ətrafında müəmma: “Ağır vəziyyətdədir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın dini lideri Əli Xameneinin səhhətinin kəskin pisləşdiyi, həkim nəzarətində olduğuna dair məlumatlar yayılıb. Tribunainfo.az xəbər verir ki, bu barədə hazırda xaricdə yaşayan müxalifətçi Məhəmməd Sadeqi bildirib.
O iddia edib ki, Xameneinin səhhəti bir həftə əvvəl pisləşməyə başlayıb və bu səbəbdən də onun bütün tədbirləri və səfərləri təxirə salınıb.
Rəsmi Tehran isə yayılan xəbərləri təkzib edib. Ölkənin rəsmi şəxsləri bildirib ki, Əli Xamineyinin durumu yaxşıdır, səfərləri və görüşləri isə təxirə salınmayıb.