İranın Ali dini lideri Ayətullah Əli Xamenei bu gün 4 ildən sonra ilk dəfə Tehranda cümə namazı qılacaq və xütbə oxuyacaq.
Tribunainfo.az xəbər verir ki, Xamneinin çıxışında İsrailin Livanın paytaxtı Beyrutda Hizbullah lideri Həsən Nəsrullahı öldürməsindən və Təl-Əvivə təşkil olunan raket hücumlarından sonra Tehranın gələcək planlarına dair önəmli açıqlamalar verəcəyi gözlənilir.
Xatırladaq ki, Xamenei sonuncu dəfə 2020-ci ildə – Qasım Süleymaninin ölümündən sonra cümə namazında iştirak edib.
Qeyd edək ki, İsrailin kəşfiyyat xidməti – “MOSSAD” bu önəmli hadisədən əvvəl bir təhdid mesajı yayımlayıb.
Belə ki, “MOSSAD”-ın “Terror Alarm” adlı “X” hesabından edilən paylaşımda Xameneinin bu gün sonuncu namazını qılacağı iddia edilib.
“İranın ali rəhbəri Ayətullah Xamenei sonuncu cümə namazını bu həftə oktyabrın 4-ü Qüds vaxtı ilə saat 11:30-da qılacaq”,-deyə paylaşımda qeyd olunub.