Xalqı aldadırlar – Partiya sədri

Xalqı aldadırlar – Partiya sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanı nə vaxt AB yə üzv etdilər ki, indiki hökumət də buna razı olmadı?! Ritorik sualdır, amma bu haqda düşünmək lazımdır. Nə Gürcüstan, nə Ermənistan, nə də Azərbaycan ayrı-ayrılıqda, təkbaşına heç vaxt AB üzvü olmayacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə ReAl Partiyasının sədri Natiq Cəfərli yazıb. O bildirib ki, Avropa Birliyi ilə quru sərhədi olmayan ölkə AB-yə üzv ola bilməz:

“Bu texniki, iqtisadi olaraq mümkün deyil, çünki AB ümumi bazar, maliyyə, gömrük siyasəti deməkdir. Bu məsələlər quru sərhəd olmasa, mümkün deyil, Ukrayna və Moldova üçün mümkündür, Cənubi Qafqaz ölkələri üçün isə yox.
Yaxşı, bəs hər 3 ölkənin bir-biri ilə quru sərhədindən başqa hansı eyni ölkə ilə hər üçünün quru sərhəddi var?! Bəli, Türkiyənin, qardaş ölkənin isə AB ilə quru sərhəddi var – deməli, ilk Türkiyə AB-yə üzv olmalıdır ki, Cənubi Qafqaz da üzv ola bilsin.
Ona görə də, hər 3 Cənubi Qafqaz ölkəsi dua etsin, kömək etsin ki, Türkiyə AB-yə üzv olsun, ancaq ondan sonra bizə də qapı açılacaq. Başqa yol yoxdur, bu haqda danışanlar xalqı, cəmiyyəti, sadəcə, aldadırlar – o cümlədən, Gürcüstan müxalifəti, və Ermənistan iqtidarı”.

Nigar