backend

“Xalq” və “Əməkdar” adı “daşıyanların” sayı və aldıqları təqaüd AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 58 min 165 nəfərə ölkə prezidentinin təqaüdü təyin edilib. Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 58 min 165 nəfərə ölkə prezidentinin təqaüdü təyin edilib.
 
TİA.AZ xəbər verir ki, bu şəxslərə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 131 manat 68 qəpik olub. “Yeniavaz.com” Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu cür təqaüd alanlar arasında ümumi səbəblərdən I qrup əlilliyi olanlar üstünlük təşkil edir. 21 min 69 nəfər I qrup əlilliyi görə təqaüd alır.
 
I qrup əlilliyi görə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 66 manat təşkil edir. İkinci sırada müharibə əlilləri dayanır. Bu kateqoriyada təqaüd alanların sayı 20 min 304 nəfər olub. Müharibə əlillərinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 139 manat 85 qəpik olub. Üçüncü sırada isə 12 min 861 nəfərlə şəhid ailələri yer alır. Şəhid ailələrinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 187 manat 21 qəpik olub. Ən yüksək təqaüd məbləği isə Prezidentin fərdi təqaüd təyin etdiyi şəxslər alır.
 
Hazırda Azərbaycanda 398 nəfər Prezidentin fərdi təqaüdünə layiq görülüb və bir nəfərə düşən orta məbləğ 1300 manata bərabər olub. Bundan başqa Milli Qəhrəman adı verilən şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına verilən təqaüdün də məbləği yüksək olub – 1285 manat. Bunlardan başqa 222 nəfər “Xalq” Fəxri adına, 2 min 344 nəfər isə “Əməkdar” Fəxri adına görə təqaüd alır. “Xalq” Fəxri adına görə verilən təqaüdün orta məbləği 100 manat, “Əməkdar” Fəxri adına görə verilən təqaüdün orta məbləği isə 60 manat olub və Prezidentin təqaüdləri arasında ən aşağı göstərici hesab edilir.