ABŞ Helsinki Komissiyasının sədri Co Vilson özünün “X” platformasındakı hesabında İranla bağlı maraqlı paylaşım edib. Tribunainfo.az xəbər verir ki, o, tezliklə İranda rejimin dəyişəcəyini bildirib.
Vilson qeyd edib ki, İran rejimi əvvəllər heç olmadığı qədər zəifdir və az sayda dostu qalıb. “Heç kim Əsədin devriləcəyini gözləmirdi və eyni şey İranda da baş verəcək. Xalq tezliklə rejimi devirəcək”.