Xalq rəssamı Fərhad Xəlilov VƏFAT ETDİbackend

Xalq rəssamı Fərhad Xəlilov VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribunainfo.az xəbər verir ki, bu barədə tanınmış teleaparıcı Hacı Nuran məlumat verib.

O, sənətkarın ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, Fərhad Xəlilov 26 oktyabr 1946-cı ildə anadan olub. 23 saylı orta məktəbdə təhsil alıb. İlk peşə təhsilini 1961-1966 illərdə Əzim Əzimzadə adına Rəssamıq məktəbində alıb. Sonra o Stroqanov Rəssamlıq məktəbində və 1969-1975-ci illərdə Moskva poliqrafiya institutunda öz təhsilini davam etdirdi. Fərhad Xəlilovun yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron görüntüləri, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri – Nardaran, Buzovna, Zağulba, Maştağa, Mardakan və başqaları buna misal ola bilər.

1987-ci ildə Fərhad Xəlilov Azərbaycanın rəssamlarının İttifaqının sədri seçilmiş, bu yaradıcılıq birliyinə rəhbərlik edir. Rəssamın əsərləri dəfələrlə qoyulurdu necə keçmiş SSRİ ölkələrində, Avropada, həmçinin müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilib. 2006-cı ildə Azərbaycanın xalq rəssamı Fərhad Xəlilov Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə “Şöhrət” və “Şərəf” ordeniylə mükafatlandırılıb.

Aııah rəhmət eləsin!