“Xalq Həyat Sığorta”nın sığorta ödənişlərinin məbləği 52%-ə yaxın azalıbbackend

“Xalq Həyat Sığorta”nın sığorta ödənişlərinin məbləği 52%-ə yaxın azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Xalq Həyat Sığorta”nın 2024-cü ilin yanvarında sığorta ödənişlərinin məbləği  254 min manat olub.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvarı ilə müqayisədə 51,8%, yaxud da 273 min manat azdır.
2023-cü ilin yanvarında “Xalq Həyat Sığorta”nın sığorta ödənişlərinin məbləği 527 min manat olub.
Xatırlaqdaq ki, 2023-cü il ərzində “Xalq Həyat Sığorta”nın  sığorta ödənişlərinin məbləği 3 milyon 487 min manat olub, bu, illik müqayisədə 8,3 dəfə çoxdur.
2019-cu ildə Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat Sığorta” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair lisenziya verilib.
Cəmiyyətin nizamnamə kapitalı 15 milyon manat təşkil edir və səhmlərinin 100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur.