“Xalq Bank”ının İqtisadiyyat Nazirliyinə qarşı qaldırdığı iddia təmin olunmadı.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Xalq Bank”ı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi artıq 3 ildir məhkəmə çəkişməsindədir.
Bank nazirliyin baş idarəsinə qarşı iddia qaldırıb.
İşin mahiyyəti inzibati orqanın aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr, vergi məsələləri üzrə mübahisələrdir.
İşə baxan hakim Nəriman Abıyevin sədrliyi ilə baxılır. 3 ildir davam edən prosesdə heç bir nəticə əldə edilməyib.
İlk proses 2020-ci ildə baş tutan məhkəmənin növbəti iclası 11 iyul tarixinə təyin edilib.