“Xalq Bank”ın kredit kampaniyası müştəriləri peşman etdibackend

“Xalq Bank”ın kredit kampaniyası müştəriləri peşman etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xalq Bank” saxta reklam kampaniyası ilə banka müştəri cəlb edir.

Tribunainfo.az yazır ki, bu barədə vətəndaş Orxan Nadirov yazıb. O bildirib ki, bankın reklamına inanıb kredit götürmək istəsəniz, alınmayıb:

“Reklam edirlər ki, istehlak krediti 12 faizlə verilir, müddətindən asılı olmayaraq. Dəqiqləsdirmək üçün qaynar xəttə yığdım, təsdiqlədilər. Eziyyət çəkib bu gün getmişəm filiala, 1 saat növbə gözləmişəm. Ortalama maaşım da 780 manatdır. Mənə deyirlər ki, sizə 16 faizl kredit ayıra bilərik. Dedim, bəs nece olur, reklamda bele demirsiz axı? Deyir, 12 faiz maaşı ən az 800 manat olanlara aiddi, Deyirəm, bəs bunu hara qeyd etmisiniz ki?

Utanmaz-utanmaz deyir k,i istəsəz yazılı şikayət ede bilersiz.Sözümün qısası, ayib olsun!”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Roman